Baş redaktorun kitabı dünyanın ən böyük sərgisində - nümayiş olunacaq

25 Aprel 2015 15:55 (UTC+04:00)


Bu haqda Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Toğrul Əziz məlumat verib. Onun sözlərinə görə, 4 dildə işıq üzü görən kitabın ingilis və alman dillərindəki versiyaları dünyanın ən böyük kitab sərgisi olan Nyu-York kitab sərgisində Xocalı faciəsini təbliğ edəcək:
"Elşad Eyvazlının "Böyüməyən uşaqlar " kitabı may ayının son həftəsində Nyu-Yorkda keçiriləcək kitab sərgisində Azərbaycanı təmsil edəcək. Kitabın təbliği ilə bağlı foto və videolor çap olunduğu nəşriyyat tərəfindən hazırlanıb Almaniyadakı Azərbaycan Mərkəzinə təhvil veriləcək"