1 həftədə 20 min sürücüyə Cərimə
27 Aprel 2015 18:46 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Həmin sürücülərdən 382-si avtomobili sərxoş vəziyyətdə idarə edən şəxslərdir. Həmçinin inzibati məsuliyyətə cəlb olunan sürücülər arasında 12 avtoxuliqan olub. Qaydaları pozan sürücülərdən 276 nəfəri hərəkəti işıqforun qırmızı işiğında davam etdirən, 3 945-i ötmə manevr qaydalarını pozan, 45-i sərnişindaşıma qaydalarını pozan, 67-si yol polisi əməkdaşlarının qanuni tələbini yerinə yetirməyən, 10 nəfəri avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən, 73-ü avtomobili sənədsiz idarə edən, 85-i isə avtomobili pərdə və plyonka ilə idarə edən sürücülərdir.