Cəfər Namiq Kamalın yubileyi keçiriləcək – 65

28 Aprel 2015 17:31 (UTC+04:00)

Teatrdan AzNews.az-a verilən məlumata görə, bu münasibətlə aprelin 29-da Akademik Milli Dram Teatrının səhnəsində "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, bəstəkarı xalq artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada Cəfər Namiq Kamal Mirzə Həbib rolunda çıxış edir.

Onu da bildirək ki, M.F.Axundzadənin 200 illik yubileyi münasibəti ilə hazırlanan "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasının premyerası 2011-ci il martın 30-da olub.

Bahar RÜSTƏMLİ
AzNews.az