Qazaxıstan hökuməti istefa verdi
29 Aprel 2015 13:05 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat Qazaxıstan prezidentinin saytında yer alıb.
Məlumata görə, bu gün Astana şəhərinin Müstəqillik Sarayında Nursultan Nazarbayev and içərək rəsmən ölkənin 5-ci prezidenti olub.
Konstitusiyaya görə, həmin andan sonra hökumət istefaya getməlidir. Artıq prezidentin istefanı qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Nazarbayev növbədənkənar prezident seçkilərində seçicilərin 97.75 faiz səsini qazana bilib.