Nazarbayev yeni baş nazirin adını açıqladı
29 Aprel 2015 16:10 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Prezidentin imzaladığı sərəncama əsasən Kərim Məsimov Qazaxıstanın baş naziri təyin edilib.
Kərimovun namizədliyi ilk öncə parlamentin aşağı palatası tərəfindən dəstəklənib.
Qeyd edək ki, növbədənkənar keçirilən prezident seçkilərində Nazarbayev 97.75 faiz səs toplayaraq artıq 5-ci dəfə Qazaxıstanın prezidenti seçilib.
Bu gün o, and içdikdən sonra hökumətin istefasını qəbul edib.