Nepalda ölənlərin sayı 5500 nəfərə çatdı – VİDEO

30 Aprel 2015 09:58 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yerli polis idarəsinə istinadən yayıb.

Zəlzələ zamanı 10 mindən çox insanın da yaralandığı deyilir.

Qeyd edək ki, Nepaldakı 7.9 ballıq zəlzələ aprel ayının 25-də qeydə alınıb. Episentrin mərkəzi Katmandu şəhərindən 82 km aralıda, yerin 15 km dərinliyində olub.

Həmin gündən sonra regionda təkrar zəlzələlər də baş verib.

İnsanların böyük əksəriyyəti qorxularından elə küçənin ortasındaca gecələyirlər.