İŞİD-in nüfuzlu komandiri öldürüldü
2 May 2015 21:08 (UTC+04:00)
İraqda İŞİD terrorçu qruplaşmasının Əbu İbrahim əş-Şişani adlı nüfuzlu komandiri öldürülüb.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Əbu İbrahim əş-Şişani İraq ordusunun Səlah-əd-Din əyalətinin rayonlarının birində keçirilən əməliyyat zamanı qətlə yetirilib.
Qeyd edək ki, o, keçən ay qruplaşmanın İraqın paytaxtı Bağdad şəhərindən 180 kilometr aralıda - Bayci şəhərində yerləşən ölkənin ən iri neft emalı müəssisələrindən birinə hücumunu təşkil edərək həyata keçirmişdi.