Əsirlikdən azad edilən qadınlar danışdı: “Zorla bizimlə nikah bağladılar”

4 May 2015 12:18 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "cnnturk" telekanalı yayıb.

"Bizi ilk qaçıran zaman ərlərimizi və yaşca bir az böyük oğlanlarımızı gözümüzün qarşısındaca güllələdilər. Sonradan bəzilərimizlə zorla nikah bağladılar. Azad edilən gün isə banditlər bir çox qadınları daşla öldürdülər. Elə həmin əməliyyatda 300 qadın və uşaq azad edildi", - deyə qadınlar bildiriblər.

Qeyd edək ki, son bir həftə ərzində islamçı qrupa qarşı keçirilən əməliyyatlarda 700 nəfər azad edilib.