“ABŞ 6 prinsipin 6-sını da pozan ölkələrdəndir”

8 May 2015 16:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahil Məmmədov "Anti-Azərbaycan kampaniyasının təşkilatçıları: göründükləri və olduqları kimi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O, "sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığıvbeynəlxalq təcrübədə: prinsiplər və reallıqlar"məruzəsi ilə çıxış edib.

S.Məmmədov ABŞ-ın sözügedən prinsiplərin həm qanunvericiliklə, həm də reallıqda pozulduğunu dilə gətirib: "Birləşmiş Ştatlar ümumiyyətlə bu prinsipləri qəbul etmir. Buna bir neçə misal göstərə bilərəm. Məsələn, ABŞ konstitusiyasında yazılıb ki konqresin söz, toplaşma və birləşmə azadlığını qadağan edən hər hansı qanun qəbul etməyə hüququ yoxdur. Ştatlarda isə toplaşma icazə xarakterlidir. Toplaşmaq üçün 3 orqandan icazə almaq lazımdır. 15 gün əvvəldən xəbərdarlıq edilməlidir və icazə verməmək üçün çox ciddi əsaslar göstərə bilərlər. İcazə üçün sənəddə marşrut yer, vaxt və insanların sayı dəqiq göstərilməlidir. Los-Ancelesdə isə bu yaxınlara kimi 300 dollar da ödəniş istəyirdilər".

S.Məməmmədov sonda onu da əlavə edib ki, ABŞ dünyada toplantıların dağıdılması zamanı qadağan olunmuş alətlərdən də istifadə edir. Onun sözlərinə görə, bu, sözügedən dövlətin sərbəst toplaşma prinsiplərinin hər birini kobud şəkildə pozmasının əyani sübutudur.