Erməniyə qalib gələn idmançımız davadan danışdı- VİDEO
8 May 2015 20:17 (UTC+04:00)
Hadisə idmançımız Turqut Həsənovun erməni idmançı üzərində qələbəsindən sonra baş verib. Gənc idmançı Turqut Həsənov Lent.az-a açıqlamasında təcrübəli erməni idmançısına 2-0 hesabla qalib gəldiyini deyib: "Erməni idmançı ilə görüşdə qalib gəldim. İlk öncə məşqçilər arasında söz-söhbət oldu. Sonra ara qızışdı. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Amma qarşısı alındı".
Qeyd edək ki, Turqut Həsənov dünya çempionatın finalında Qazaxıstandan idmançısına məğlub olaraq, gümüş medala yiyələnib.