Ben Ladenin öldürülməsi ilə bağı şok faktlar - ABŞ jurnalisti Ağ Evi ittiham etdi

12 May 2015 13:23 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "NTV" telekanalı yayıb.

Jurnalistin fikrincə, rəsmi Vaşinqtonun 1 nömrəli terrorçu Usama ben Ladenin öldürülməsi ilə bağlı hazırladığı əməliyyat barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Reportyor ABŞ kəşfiyyatının ehtiyatda olan yüksək vəzifəli əməkdaşına istinadən bildirir ki, ben Ladenin öldürülməsi üçün heç bir xüsusi əməliyyat həyata keçirilməyib: "Əl-Qaidə" terror təşkilatının lideri Pakistanın xüsusi xidmət orqanları tərəfindən 2006-cı ildə tutulub və həbsxanaların birində gizli məhbus kimi saxlanılıb. Həmin ərəfədə ondan "Əl-Qaidə"yə və əfqan taliblərinə təzyiq vasitəsi kimi istifadə edilib. 2010-cu ildə isə Pakistan kəşfiyyatının əməkdaşı 25 milyon dollar qarşılığında ben Ladenin yerini ABŞ-a bildirib. ABŞ-ın dəniz piyadaları isə rahat şəkildə gələrək məhbusu öldürüblər. O zaman 1 nömrəli terrorçu ağır xəstə olub. Ben Ladenin əlil olmağı haqda həqiqəti isə ABŞ hakimiyyəti nədənsə ictimaiyyətə açıqlamaq istəmir".