“Real“ bu gün “Yuventus“u sınağa çəkəcək - Çempionlar Liqası
13 May 2015 12:02 (UTC+04:00)
AzNews.az xəbər verir ki, İspaniyada baş tutacaq oyunda digər yarımfinalçının adı məlum olacaq.
Madrid "Real"ı "Santyaqo Bernabeu"da "Yuventus"u qəbul edəcək. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Turin klubu səfərdə bu üstünlüyünü qorumaqla finala can atacaq.
Qeyd edək ki, dünən keçirilən "Bavariya"-"Barselona" matçında meydan sahibləri 3-2 hesablı qələbə qazanıb, ancaq finala "Barselona" adlayıb. Çünki bu komanda ilk oyunda 3-0 hesabı ilə rəqibinə qalib gəlmişdi.
13 may
Çempionlar Liqası, yarımfinal cavab oyunu
23:45. "Real" - "Yuventus"
İlk oyun: (1:2)