Azərbaycan - Türkiyə hərbi təlimləri davam edir - VİDEO
13 May 2015 12:23 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, təlimlərə cəlb edilən bölmələr tərəfindən növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementləri praktiki şəkildə həyata keçirilib.
Keçirilən təlimlərin əsas məqsədi motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlərdən döyüş atışları etmək, həmçinin təcrübə mübadiləsi aparmaq, qərargahlar və bölmələr arasında koordinasiyanı inkişaf etdirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.