Ded Xasanın ən yaxın silahdaşı saxlanıldı - şübhəli qətllər, narkotik...
16 May 2015 10:59 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərində böyük miqdarda narkotik aşkarlanıb. Əgər Maqomedovun günahı sübut edilsə, onu üç ildən altı ilə kimi həbs gözləyir.
Xatırladaq ki, əvvəllər dəfələrlə mülki cinayətlərə görə həbs olunan Şamil Maqomedov dörd il öncə Ded Xasan tərəfindən "taclandırılıb". Smolyanın növbəti həbsi 2012-ci ildə "qanuni oğru"lar üçün "ənənəvi" olan maddə üzrə olub: RF Cinayət Məcələsinin 228-ci maddəsi (Narkotik istehsalı, qanunsuz saxlanılması, satışı və s).
Lakin, Şamilin bu qısa müddətli "ezamiyyəti" də onu oğru dünyasındakı konfliktlərdə iştirakdan uzaqlaşdırmayıb. "Xaç atası" Ded Xasana olan sədaqətinə görə Şamil bir sıra şübhəli qərarların iştirakçısı olub. Ded Xasan səhnədən getdikdən sonra isə bütün bu qərarlara görə şəxsi məsuliyyət daşımaq lazım gəlib.