Azərbaycanlılar Türk Günü yürüşündə iştirak etdi - Nyu-Yorkda
18 May 2015 09:34 (UTC+04:00)
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda məlumatı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyi verib.
Məlumata görə, TDƏŞ-in baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr yürüşə qatılıblar.
Tədbirdə Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri də iştirak ediblər. Yürüşdə iştirakçı tərəflərin, o cümlədən TDƏŞ-in bayrağı dalğalandırılıb, birlik, sülh və sabitlik çağırışları edilib.