Gənc alimlər Memorandum imzaladı - FOTOLAR
19 May 2015 09:07 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hər iki qurumun səlahiyyətli nümayəndələrinin işitrak etdiyi toplantını giriş sözü ilə açan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, birliyin strukturunda Aqrar Elmlər Elmlər Bölməsi fəaliyyət göstərir: "Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi amili də Şuranın fəaliyyətinə öz təsirini göstəribr. Şura çalışır ki, öz fəaliyyətini ümumilli strategiyaya uyğun təşkil etsin. Qeyd olunanlarla əlaqədar, bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas elmi müəssisəsinin Gənc Alimlər Şurası ilə Memorandumun imzalanması Azərbaycanda aqrar sahəsində aparılan elmi-tədqiqatların mütərəqqiliyini təmin etmək və eyni profil üzrə araşdırmalar aparan gənc elm adamlarının birgə fəaliyyətinin bərqərar olunması baxımından əhəmiyyətli hadisədir".
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev rəhbərlik etdiyi Şuranın sturkturu və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, yeni forma alan və təşkilatlanan birlik Azərbaycanda kənd təssürafatı sahəsində mövcud əksər təhsil ocaqları və elmi-tədqiqat müəssisələrinin gənc tədqiqatçılarının fəaliyyətini koordinasiya edir. O, qeyd edib ki, belə məsuliyyətli işlərin sistemli şəkildə həyata keçirilməsi üçün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təcrübəsindən yararlanmaq daha məqsədə müvafiq olardı: "Güman edirəm ki, imzalanan Memorandum belə məsələlərin həll olunmasına və hər iki qurumun əlaqələrinin genişləndirilməsi və möhkəmləndurilməsinə töhfə verəcəkdir".
Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Aqrar Elmləri Bölməsinin elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent İzzət Talıbov təmsil etdiyi bölmə haqqında geniş məlumat verərək bildirib ki, qarşı tərəflə əməkdaşlıq çərçıvəsində görüləcək işləri müvafiq bölmə kimi yüksək səviyyədə koordinasiya edəcək.
Sonda, iki qurum arasında müvafiq istiqamətlər üzrə elmi-ictimai əlaqələrin yaradılmasını təmin edəcək, gənc tədqiqatçıların fəaliyyətinin artırılması üçün onlara metodiki və informasiya dəstəyinin verilməsinini reallaşdıracaq Memorandum imzalanıb.