Obamanın “Twitter” səhifəsi açıldı: “Salam Twitter! Bu, Barakdır. Həqiqi!”
19 May 2015 12:57 (UTC+04:00)
AzNews.az ICTnews-a istinadən xəbər verir ki, "@potus" (President Of The United States) hesabı mayın 18-də yaradılıb.
Gün ərzində ABŞ dövlət rəhbəri üç məlumat yazıb və digər 65 hesaba abunə olub.
"Salam Twitter! Bu, Barakdır. Həqiqi! Altı ildir dövlət başçısı vəzifəsindəyəm və yalnız indi mənə şəxsi hesab veriblər", - deyə prezident ilk məlumatında yazıb.
Bundan əvvəl ABŞ prezidentinin 60 milyon nəfərin abunə olduğu "@BarakObama" hesabı fəaliyyət göstərib. Onun fəaliyyəti ABŞ Prezidenti Administrasiyasının əməkdaşları tərəfindən tənzimlənib, lakin bəzən dövlət başçısı özü də orada məlumatlar yazıb.