Bu gecə Bakının bu yolları bağlanacaq – SİYAHI

20 May 2015 11:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Azəryolservis" ASC yayıb.
Məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Tərtib olunmuş qrafikə əsasən, Neftçilər prospektinin R.Behbudov küçəsinin kəsişməsindən R.Zorge küçəsinin küsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq.
Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə anoloji işlərə gecə 00:00-da başlanılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.