II Elizabet İlham Əliyevi təbrik etdi
21 May 2015 15:01 (UTC+04:00)
AzNews.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm.
Zati-alilinizə hörmət və ehtiramla".