BŞİH Milli Şuranın mitinqinə “hə” dedi
25 May 2015 17:27 (UTC+04:00)
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev AzNews.az-a açıqlamasında bildirib ki, mayın 30-na təyin edilən mitinqə razılıq verilməsi ilə bağlı quruma rəsmi sənəd göndərilməyib:
"Qaydaya görə, Milli Şuraya Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi sənəd daxil olmalıdır. Milli Şura həmin sənədi alandan sonra məsələ Koordinasiya Mərkəzində müzakirə olunacaq. Bundan sonra mitinqin keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək".
Qeyd edək ki, Milli Şura mayın 30-da, saat 15:00-dan 17:00-dək mitinq keçirmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə qurum mitinq keçirtmək üçün məkan kimi Yasamal rayonu ərazisində "Məhsul" stadionunu göstərib.
Bahar RÜSTƏMLİ
AzNews.az