Gənc oğlan özünü 15-ci mərtəbədən atdı- BAKIDA (Foto)

25 May 2015 21:01 (UTC+04:00)


AzNews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, gənc oğlan Təhsil Nazirliyinin yaxınlığında yerləşən yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb.

Nəsimi Rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda prokurorluğun əməkdaşları hadisə yerindədirlər.

Həmin oğlanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Əlavə məlumat veriləcək.