İŞİD-ə görə Coca-Cola əməkdaşını tutdular
26 May 2015 15:24 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Saxlanılan şəxsin faktiki olaraq İŞİD-in yerli qanadına başçılıq etdiyi qeyd olunur.
Polis həmçinin bir yerli məktəb müəlliminin saxlanıldığını bildirib.
Coca-Cola-nın Banqladeşdəki nümayəndəliyi Bloomberg agentliyinə saxlanılan şəxsin şirkətdə işlədiyini təsdiq edib.
Coca-Cola istintaqa kömək edəcəyini bildirib.
Qeyd edək ki, Banqaldeşdə son aylar ərzində İŞİD-lə əlaqələrə görə 12-dək adamın saxlanıldığı deyilir.