Ermənistanda sabiq deputatın oğlu yaralandı - Partlayışda (Yenilənib)
26 May 2015 16:39 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Mərkəzin direktoru Norayr Davidyan yayıb.
Onun sözlərinə görə, yaralılar hazırda reanimasiya şöbəsindədirlər:
"Sabiq deputat Akop Akopyanın oğlu Armen Akopyanın vəziyyəti ağırdır. Onun bədən hissəsinin 40 faizi yanıb. Deputatın qardaşı oğlunun vəziyyəti isə çox kritikdir. Onun bədən hissəsinin 86 faizi zədələnib".
***
16:27
Ermənistanda qazdoldurma stansiyalasında partlayış olub. Nəticədə 3 nəfər yaralanıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumata görə, hadisə Armavir vilayətinin Zvartnots kəndində qeydə alınıb.
Hadisə zamanı 34 QF 306 dövlət nömrə nişanlı "Volkswagen" markalı minik avtomobili partlayıb.
Məlum olub ki, bu avtomobil Ermənistanın keçmiş deputatı, "Çoyt" ləqəbli Akop Akopyanın qohumuna məxsusdur. Partlayışda Akopyanın oğlu və qardaşı oğlu yaralanıb.
Qazdoldurma stansiyasının da bir əməkdaşının yaralandığı deyilir.
Alınan son informasiyaya görə, stansiyanın sahibi Akop Akopyandır.