Sabaha olan hava proqnozu - 35 dərəcə isti
27 May 2015 13:56 (UTC+04:00)
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 28-də hava şəraitinin gündüz əsasən əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.