UEFA FİFA-nı boykotla hədələdi
28 May 2015 15:30 (UTC+04:00)
AzNews.az Trend-ə istinadən xəbər verir ki, UEFA tərəfindən FİFA-nın keçirəcəyi seçki boykot olunacaq. Bu barədə açıqlama ilə UEFA-nın baş katibi Canni İnfantino çıxış edib.
Qeyd edək ki, UEFA-nın belə bir tələb irəli sürməsinə səbəb FİFA-da baş verən rüşvət qalmaqalı və 6 məmurun həbs olunmasıdır.
FİFA-nın prezident seçkilərində Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaq.