Kikboksinq üzrə çempionat başa çatdı – FOTO

29 May 2015 12:38 (UTC+04:00)
May ayının 25-27-si arasında keçirilən çempionatda medal uğrunda olduqca gərgin və maraqlı anlar yaşanıb. Bütün komandaların idmançılarında yüksək ruh müşahidə edilirdi. Kikboksinq üzrə 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda NEFÇİ klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl,4 gümüş, 7 bürünc medala sahib olaraq, yarışın Kubokuna sahib olub. AKF-nın vitse-prezidenti Güloğlan Cabborov NEFÇİ klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Yeniyetmələr arasında isə kuboka Qızıl Əlcək idman klubunun idmançıları sahib olublar.