FİFA-nın Konqresində bomba həyəcanı - Binada Rövnəq Abdullayev də var
29 May 2015 17:11 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "sovsport" saytı yayıb.
Məlumata görə, bu haqda polisə anonim informasiya daxil olub.
BBC-nin jurnalisti Den Roan özünün Tvitter səhəfəsində yazıb: "Alman mediası xəbər verir ki, binada bomba var".
Sürix polisi də bomba haqda informasiya aldığını təsdiq edib. Əraziyə xeyli sayda polis əməkdaşları gəlib.
FİFA-nın Baş katibi Jerom Valke deyib ki, hüquq mühafizə orqanları binada axtarış aparıb: "İndi rahat şəkildə iclasımızı davam etdirə bilərik".
Qeyd edək ki, FİFA-nın 65-ci konqresində AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edir.