İlham Əliyev Nepalın dövlət başçısını təbrik etdi

29 May 2015 20:04 (UTC+04:00)


Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram".