“Neftçi”də final öncəsi ciddi itki
30 May 2015 20:41 (UTC+04:00)
AzNews.az klubun saytına istinadən məlumat verir ki, Premyer Liqanın 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.
Bu gün Braziliyaya yola düşəcək Flavinyo "Neftçi"nin Avstriyadakı təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, "Qarabağ" - "Neftçi" final oyunu iyunun 3-ü saat 20:00-da başlayacaq.