Məmurlar nəzarətə götürülür

17 Oktyabr 2012 08:10 (UTC+04:00)
Rusiyada artıq dövlət məmurları internetə daxil olarkən özlərini azad hiss edə bilməyəcəklər. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyada dövlət məmurlarının internetdə davranış qaydalarını özündə ehtiva edən məcəllə hazırlanır.

Məcəllədə dövlət məmurları istədikləri şəkildə yazışa, fikirlərini ifadə edə və status yerləşdirə bilməyəcəklər.

Qeyd edək ki, məcəllənin hazırlanmasına səbəb dövlət məmurlarını sosial şəbəkələrdə yazdıqları statusların böyük narazılığa səbəb olması və onların xəbər kimi paylaşılmasıdır.

Sadiq Musa
AzNews.az