Ermənistanın iki pilotsuz uçan aparatı məhv edildi - Rəsmi

4 İyul 2015 20:27 (UTC+04:00)


AzNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.