Ağdaşda ev yandı
5 İyul 2015 14:05 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 230 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.