Con Kerridən İran nüvə proqramı ilə bağlı açıqlama: “Razılığa gələ bilərik”

6 İyul 2015 15:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı ABŞ-ın Dövlət katibi Con Kerriyə istinadən yayıb.

Vyanada keçirilmiş danışıqlar zamanı jurnalistlərə məlumat verən ABŞ rəsmisi əlavə edib ki, hər iki tərəf bir neçə çətin məsələdə lazım olduğu yerdə deyil: "Əgər çətin seçimlər növbəti günlərdə həllini taparsa və tez həll olunarsa, bu həftə razılığa gələ bilərik".

İranın xarici işlər naziri Cavad Zərif isə vurğulayıb ki, razılaşma heç vaxt bu qədər yaxın olmayıb.

Aİ-nin xarici işlər naziri Federika Mogherini danışıqlar mühitini "konstruktiv və pozitiv" adlandırıb.

Qeyd edək ki, danışıqlar sabah başa çatmalıdır.