Rusiyalı milyonçu Azərbaycanın qara siyahısına düşəcək – Səbəb

7 İyul 2015 14:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və "Dövlət sərhədi haqqında" qanunu pozub: "Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək".

Qeyd edək ki, müstəqil Rusiyanın ilk milyonçularından olan German Sterliqov ölkəsini tərk edərək Dağlıq Qarabağa gedib. O, bütün əmlakını satıb və ailəsini də özü ilə aparıb.