Ramil Usubovdan yeni təyinat
7 İyul 2015 14:51 (UTC+04:00)
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə yeni təyinat olub. Belə ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən polis polkovnik-leytenantı Əsgərov Nəzər sözügedən vəzifəyə təyinat alıb.
Buna qədər, o, BŞBPİ-də cinayət - axtarış şöbəsində işləyib.
Qeyd edək ki, bir müddət bundan öncə idarədə birinci müavin vəzifəsində işləyən Əlyəddin Səfərov Biləsuvar rayon polis şöbəsinə rəis təyin edilib.