Azərbaycanla Ərəbistan arasında - Saziş
8 İyul 2015 19:29 (UTC+04:00)
AzNews.az AzərTac-a istinadən xəbər verir ki, imzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.
Sazişi Azərbaycan hökuməti adından səfir Rasim Rzayev, Səudiyyə Ərəbistanı hökuməti adından Baş Mülki Aviasiya Administrasiyasının vitse-prezidenti Feysəl Həməd Əl-Suğeyr imzalayıblar.
İmzalanma mərasimində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev və Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.