Bakıda sərnişin avtobusu dayanacağa çırpıldı: 8 yaralı

10 İyul 2015 14:03 (UTC+04:00)

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza Qara Qarayev prospektində qeydə alınıb.

15 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu idarəetməni itirərək dayanacağa çırpılıb.

İlkin məlumata görə, qəza zamanı 8 nəfər xəsarət alıb.