Bu rayonlarda su olmayacaq - İki gün

13 İyul 2015 12:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.

A.Cəbrayıllı qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll edilib: "İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq".

O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.