“Onu heç kəs işdən çıxartmır” – Direktordan aktyorun aclıq aksiyasına reaksiya
13 İyul 2015 12:17 (UTC+04:00)
Yadigar Muradovun bu olaya münasibəti özünü çox gözlətməyib.
O, AzNews.az-a bildirib ki, xəbəri eşidən kimi dərhal hadisə yerinə yollanıb: "Rasəf Mehdiyevdən aclıq aksiyasının səbəbini soruşdum. Cavab verdi ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasının teatrda oynanılmaması səbəbindən bu adddımı atıb. Mən də dedim ki, müəyyən iradlar olduğundan bu tamaşa oynanılmadı.
Düzdür, Rasəf bu tamaşa üçün çox əziyyət çəkib, ancaq neyləmək olar. Bundan ötrü aclıq etməyə dəyməz. Onu heç kəs işdən çıxartmır. Teatrımızda onsuz da yeni mövsümdə digər tamaşalar oynanılacaq".
Y.Muradov fikrini belə tamamlayıb: "Aclıq aksiyası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi bizə iradını bildirdi və "Aktyoru niyə incidirsiniz?" sualına cavab istədi".
Qeyd edək ki, hazırda aktyor aclıq aksiyasını dayandırıb.
Bahar RÜSTƏMLİ