ABŞ bazasının yaxınlığında partlayış: 27 ölü, 9 yaralı (VİDEO)

13 İyul 2015 12:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 18.40 radələrində Əfqanıstanın şərqindəki Host vilayətində meydana gəlib.

Əfqanıstan Daxili İşlər Nazirliyi bu faktı təsdiq edib.

Bir nəfər bomba yüklü maşınla özünü ABŞ hərbi bazası yaxınlığında partladıb.

Partlayışda 4 avtomobil və 8 motosikletin də yararsız hala düşdüyü bildirilib.

Əfqanıstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı verdiyi açıqlamada ölkənin müxtəlif yerlərində Ramazan Bayramı ərəfəsində düşmənlər tərəfindən təşkil edilən hücumları kəskin pisləyib və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Terror aktını heç bir qrup öz üzərinə götürməyib.