Venesuelada xüsusi əməliyyat: 14 ölü
14 İyul 2015 10:25 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 200 əsgərin iştirak etdiyi əməliyyat ölkə paytaxtı Karakasda baş tutub. Saxlanılanlar arasında 32 əcnəbinin də olduğu deyilir.
Əməliyyatdan 10 saat sonra isə Karakasın bəzi rayonlarında yerli sakinlərin qarşıdurması olub.
Ölkənin Araqua ştatında da banditlərə qarşı mübarizəyə başlanılıb. Bu bölgədə 3 banditin öldürülməsi haqda xəbərlər yayılıb.