Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

14 İyul 2015 21:26 (UTC+04:00)



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 20:41-də başa çatıb.