Bakıda hoteldə yanğın

16 İyul 2015 21:57 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 200 kv.m) ikimərtəbəli "Green City" hotelinin mansardının çardağı 60 kv.m sahədə yanıb.

Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.