Maşın ağaca çırpıldı, sürücü öldü - Ağdamda

17 İyul 2015 21:24 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Qalib Sadıqov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək sözügedən kənd ərazisində, yol kənarındakı ağaca çırpılıb.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Sürücünün meyiti deformasiyaya uğramış avtomobildən xüsusi alətlər vasitəsilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.