59 yaşlı kişini elektrik cərəyanı vurdu - Yevlaxda
19 İyul 2015 11:32 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Rayon polis şöbəsindən Report-a verilən məlumata görə, hadisə Səmədabad kəndində baş verib. Belə ki, Eldəniz Mirzəyev adlı rayon sakini elektrik dirəyində bərpa işi apararkən cərəyan onu vurub. 59 yaşlı kişi kişi hadisə yerində keçinib.
Yevlax Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.