Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı
21 İyul 2015 14:00 (UTC+04:00)
TQDK-dan AzNews.az-a verilən məlumata görə, imtahana buraxılış vərəqəsi iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.
Burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı, onlara Yaddaş kitabçasından çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.