İxtisas seçimi başa çatır
21 İyul 2015 16:22 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, həmin abituriyentlər bu gün saat 23.59-a kimi TQDK-nın internet saytında https://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər.
Həmin vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.
Qeyd edək ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.