53 prokurorluq işçisi cəzalandırıldı - Azərbaycanda

22 İyul 2015 16:01 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Bu ilin ilk altı ayı müddətində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib:

"Belə ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən, həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 53 şəxs barəsində müvafiq intizam tədbirlərinin görülməsi təmin edilib".