AZAL-ın biletləri yeni prinsip üzrə satılacaq - Avqustun 1-dən

22 İyul 2015 19:29 (UTC+04:00)

AzNews.az-ın məlumatına əsasən, bunu bu gün mətbuat konfransında AZAL-ın icraçı direktoru Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, bu prinsip bu il avqustun 1-dən satış sistemində tətbiq ediləcək.

E.Hacıyev qeyd edib ki, bu yenilik insan faktorunu minimumadək endirəcək: "Əvvəlcədən hər bir reys üçün endirimə düşən kürsülərin sayı müəyyənləşəcək. "Nesting" prinsipi o deməkdir ki, daha ucuz biletlər onları daha əvvəl alan müştərilərə qismət olacaq. Lakin alıcı arzu edərsə, daha bahalı bilet əldə edə bilər. Bu proses tam tənzimlənəcək".