13 yaşlı oğlan dənizdə batdı - Bakıda

25 İyul 2015 12:03 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı çimərliyində qeydə alınıb.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Kənan Eyvaz oğlu Əsgərov dənizdə çimərkən boğulub.

K. Əsgərovun meyiti sudan çıxarılıb.